Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:45

Bina uçqununda ölənlərin sayı 8-ə çatıb


Hadisə yeri

Ukraynanın qərbində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə qalxıb, onlardan biri uşaqdır. Açıqlamanı avqustun 29-da Ukraynanın dövlət fövqəladə xidməti yayıb.

Hadisə Lvov regionunun Drohobiç şəhərində baş verib. Avqustun 28-nə keçən gecə binanın böyük hissəsi uçub. Hakimiyyət ilkin olaraq bir nəfərin öldüyünü deyirdi.

Region rəsmiləri partlayışa ilkin səbəb kimi təbii qaz partlayışını göstəriblər. Dördmərtəbəli binanın birinci mərtəbəsində bir neçə mənzil dağılıb və dağıntılar binanın yuxarısına keçib.

Xilasetmə işlərinin tamamlandığı xəbər verilir.

Rəsmilər partlayışla bağlı istintaq başlandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG