Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:55

Əfqanıstanda 14 hökumətyönlü döyüşçü öldürülüb


Nangarharda öldürülmüş professor Masoud Nekbakht

Avqustun 28-də Taliban yaraqlıları Əfqanıstanın qərbində azı 14 hökumətyönlü döyüşçünü öldürüb. Hökumət rəsmiləri döyüşçülərin Talibanın Herat vilayətində təhlükəsizlik məntəqələrinə hücumu zamanı öldürüldüyünü bildirir.

“Toqquşmalarda azı 9 nəfər yaralanıb və Taliban yaraqlıları geri oturdulub”, – Herat polisinin sözçüsü Abdul Ahad Walizada deyib.

O, talibançılar arasında da öldürülənlər olduğunu deyib.

Bu arada ABŞ və Taliban rəsmilərinin bir neçə aylıq danışıqlardan sonra razılaşmaya yaxın olduğu xəbər verilir. Razılaşmaya əsasən, Birləşmiş Ştatlar Əfqanıstandan qüvvələrini çıxarmalı, Taliban isə bunun əvəzində bu ölkəyə digər islamçı ekstremist qruplarının sığınmasına imkan verməməlidir.

Ölkənin şərqindəki Nangarhar vilayətində isə avqustun 27-də avtomobilə bərkidilmiş bomba partladılıb, bir universitet professoru öldürülüb, ikisi yaralanıb.

Heratdakı hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb. Nangarhardakı hücuma görəsə məsuliyyəti götürən olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG