Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Benzin rüsumdan azad edilib


Yanacaqdoldurma məntəqəsi

Nazirlər Kabineti Azərbaycana idxal edilən bəzi növ avtomobil benzinini gömrük rüsumundan azad edib.

Bununla bağlı avqustun 26-da Nazirlər Kabineti «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» haqqında qərarında dəyişiklik edib.

Həmin qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növlərində gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-də tətbiq olunacaq və 90 gün qüvvədə qalacaq.

Müstəqil ekspertlər bunu ölkənin neft emalı zavodunda təmir işlərinin gözlənməsi ilə izah edirlər. Onların fikrincə, əks halda Azərbaycanda həmin növlərdə benzin bahalaşa bilərdi

Azərbaycanda Nazirlər Kabineti bundan əvvəl də oxşar qərarlar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG