Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Amazon dünyaya oksigenin nə qədərini verir – Qərb mediası


Amazonda yanğın

Braziliyanın Amazon tropik meşələrində yanğın beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. “The Associated Press” agentliyi bu meşələrin dünya iqlimindəki roluna nəzər salır.

Bu yanğınlar dünyanın oksigenlə təchizatına risk yaradırmı? Amazonun dünyada oksigenin 20 faizimi verdiyi söylənsə də, iqlimşünaslar bu rəqəmi yanlış sayır, dünyanın oksigenlə təchizatına birbaşa risk olmadığını deyirlər. Belə ki, Amazon daxil olmaqla bütün meşələr elə istehsal etdiyi həcmdə oksigeni udur. Bitkilər fotosintez prosesi vasitəsilə oksigen hasil eləsələr də, onlar, heyvanlar, mikroblar böyüməkdən ötrü oksigen udurlar.

Ancaq bu meşə yanğınının planetə problem yaratmadığını söyləmək də olmaz. Axı, Amazon karbon qazını udan əsas mənbə sayılır.

Amazona “planetimizin ağciyəri” adı verilsə də, bu da meşənin rolunu dəqiq təsvir etmir. Sao Paulo Universitetindən iqlimşünas Carlos Nobre deyir ki, Amazonu atmosferdən karbon dioksidi çəkən çanaq kimi təsvir etmək daha düzgün olar. Hazırda dünyada hər il atmosferə 40 milyard ton CO2 buraxılır. Amazon isə hər il bunun 2 milyard tonunu udur, yəni 5 faizini. Beləliklə də iqlim dəyişikliyinin önlənməsində vacib rol oynayır.

Amazondakı yanğınların dünya iqliminə təsirinə gəlincə, hər gün buradan atmosferə milyonlarla ton karbon qalxır. Nobre deyir ki, biz qalın cəngəlliyin tropik savannaya çevriləcəyi məqama yaxınıq.

Agentlik həmçinin Amazondakı yanğınların insan tərəfindən törədildiyini vurğulayır. Torpaq sahibləri öz mal-qara və əkin sahələrini genişləndirmək üçün qanunsuz olaraq meşələrə od vururlar.

Yanğın ərazisi
Yanğın ərazisi

Respirator xəstəliklər artır

“The Associated Press” başqa bir məqaləsində Amazondakı yanğınlardan dolayı Braziliyada tənəffüs xəstəliklərinin yayıldığını yazır. Xəstəliklər daha çox uşaqlar və yaşlılar arasında özünü göstərir.

“Uşaqlar daha çox təsir görür. Onlar bərk öskürürlər. Tənəffüslərində problem var. Yanğının onların səhhətinə təsir göstərməsindən narahatam”, – 5 yaşlı oğlu Eduardo ilə həkim qəbulunda gözləyən Elane Diaz deyib.

Agentlik Cosme e Damia Uşaq Xəstəxanasına son günlər tənəffüs problemləri ilə müraciət edənlərin sayının kəskin artdığını qeyd edir.

“Quru hava və tüstü uşaqlarda pnevmoniya, öskürək kimi bir çox problemlər yaradır”, – pediatr Daniel Pires “Folha de S. Paulo” qəzetinə deyib. O, avqustun 1-dən 10-dək ortalama 120-130, 11-20 avqust tarixlərində ildə 280 uşağın respirator problemlərlə müraciət etdiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG