Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:14

4 oyuna 6 milyarddan çox vəsait xərclənəcək


Arxiv fotosu

2020-ci il futbol üzrə Avropa çempionatının dörd oyunu Sankt Peterburqda keçiriləcək. Bu oyunlara Rusiya 6 milyard 300 min rubl xərcləyəcək. AzadlıqRadiosu-nun rus xidməti bunu hökumətin “Turnirin Rusiya hissəsinin təşkilinə hazırlıq proqramı”na əsasən yazır.

2018-ci ildə futbol üzrə dünya çempionatı Rusiyada keçirilmişdi və büdcədən 679 milyard rubl xərclənmişdi. Bu pulun böyük hissəsi yeni stadionların və ətraf infrastrukturun tikintisinə sərf olunmuşdu. Həm də onda Rusiyanın 11 şəhərində 64 matç keçirilmişdi.

Avroçempionatın oyunları isə artıq hazır “Gazprom Arena”da təşkil olunacaq və Sankt Peterburqda uyğun infrastruktur artıq mövcuddur.

2020-ci ilin Avropa çempionatı gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq oyunlar Avropanın 11 ölkəsində təşkil olunacaq.

Sankt Peterburq qrup mərhələsinin üç oyununa və dörddə bir finala ev sahibliyi edəcək. Yarımfinal və final oyunları isə Londonda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG