Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:23

Braziliya lideri Macron-dan üzrxahlıq tələb edir


Emmanuel Macron (solda) və Jair Bolsonaro, arxiv fotosu

Braziliya Prezidenti Jair Bolsonaro fransalı həmkarı Emmanuel Macron-dan üzrxahlıq tələb edib, yalnız bundan sonra Böyük Yeddilərin (G7) Amazon meşələrindəki yanğını söndürməyə 22 milyon dollarlıq yardım təklifini nəzərdən keçirəcəyini deyib.

“Əvvəlcə Macron mənə qarşı təhqirləri geri götürməlidir”, – Bolsonaro avqustun 27-də deyib. O, Macron-u ona “yalançı” deməkdə suçlayıb.

Bolsanaro qeyd edib ki, Macron Amazon yanğınlarına qarşı görülən tədbirlərlə bağlı şərhləri ilə Braziliyanın suverenliyini sual altına alıb.

Amazonda yanğın
Amazonda yanğın

Son günlər Macron və Bolsanaro arasında söz atışması gedir. Fransa lideri Braziliyanın yanğınlara reaksiyasını tənqid edib. Ekspertlər bu yanğınların dünyada ətraf mühitə təhlükə yaratdığını deyirlər.

“Evimiz yanır. Hərfi mənada”, – Macron Twitter-də yazıb.

“Amazon tropik meşələri – planetimizin oksigeninin 20 faizini verən ağciyərlər yanır”, – o əlavə edib.

G7 liderləri Biarritz sammitindən sonra yanğınlara logistik və maliyyə dəstəyi verməyə razılaşıblar, “dərhal ayrılacaq” 22 milyon dollar təklif ediblər.

Fransanın tənqidindən sonra Bolsonaro Macron-un həyat yoldaşını ələ salıb, Fransa liderini Braziliyanın suverenliyinə sayqısızlıqda suçlayıb. Macron isə Bolsonaro-nu yalançı adlandıraraq deyib ki, Braziliya qadınları yəqin öz prezidentlərindən utanırlar.

Quraqlıq mövsümündə yanğınlar təbii hal sayılır, ancaq ətraf mühit fəalları bu il yanğınların kəskin artmasına görə daha çox otlaq yeri əldə etməkdən ötrü meşələrə od vuran fermerləri ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG