Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:16

XİN: 'Səbrimiz tükənməz deyil'


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, avqustun 27-də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına münasibət bildirib. «Avqustun 27-də Ermənistan xarici işlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq, danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib», - Azərbaycan XİN qeyd edib.

Avqustun 27-də Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyan həmin çıxışında deyib ki, Azərbaycanın gərgin şəraitdə danışıqlar aparmaq səyləri sülh üçün əlverişli mühit yaradılmasına mane olur, bununla da problemin davamlı və hərtərəfli həllinə şərait yaratmır. O, əlavə edib ki, Ermənistan «Qarabağ xalqı»nın təhlükəsizliyini sual altına qoya və onun öz müqəddəratını həll etmək hüququnu məhdudlaşdıra biləcək hər hansı nizamlama variantını qəbul edə bilməz.

Z.Mnatsakanyan
Z.Mnatsakanyan

Bakı: ««Dağlıq Qarabağ xalqı» anlayışı yoxdur»

Azərbaycan XİN isə hesab edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaq: ««Dağlıq Qarabağ xalqı» anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları var».

Açıqlamada qeyd edilib ki, Ermənistan XİN başçısının xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək, təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə haqq qazandırmaq cəhdləri nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlir: «Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil».

Habelə hesab edilir ki, Ermənistan xarici işlər nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması münaqişənin sülh yolu ilə həlli əvəzinə onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

«Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?!.. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil», - XİN-dən bildirilib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

İşğal altında olan Dağlıq Qarabağda keçirilən istənilən seçkiləri Azərbaycan qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG