Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:20

Avropa Məhkəməsi Magnitsky-nin ölümüylə bağlı qərarını verdi


Sergei Magnitsky-nin anım mərasimi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2009-cu ildə həbsdə dünyasını dəyişmiş anti-korrupsiya vəkili Sergei Magnitsky-yə qarşı Rusiyanın “çoxsaylı pozuntular”a yol verməsini pisləyib.

Avqustun 27-də çıxardığı qərarda Strasburq məhkəməsi bildirir ki, Rusiya hakimiyyəti Magnitsky-ni “vacib tibbi xidmət”dən məhrum edib, “onun həyatını qorumaq öhdəliyinə əməl etməyib”.

Məhkəmənin biri rusiyalı olmaqla yeddi hakimi yekdilliklə bildirir ki, vəkillə mühafizəçilər pis davranıb, o, məhkəmədən öncə ədalətsiz olaraq uzun müddətə həbsdə saxlanıb.

AİHM Magnitsky-nin ölümündən sonra təqsirli bilindiyi məhkəmə prosesini də “ədalətsiz” hesab edib.

Rusiya Magnitsky-nin həyat yoldaşı və anasına 34 min avro (37 min 800 dollar) ödəməlidir.

Rusiyanın Ədliyyə Nazirliyi isə bildirib ki, bu qərar hələ qüvvəyə minməyib və nazirlik qaydalara uyğun olaraq üç ay ərzində AİHM-nin Böyük Palatasına müraciət edəcək.

Magnitsky Moskvanın Butırka həbsxanasında bir ilədək qalıb, daha sonra başqa bir təcridxanaya köçürülüb və 2009-cu ilin noyabrında orada vəfat edib.

O, 2008-ci ilin noyabrda vergidə yayınmada ittiham olunaraq həbs olunub. Bundan öncə vəkilin ifşa etdiyi mexanizmdə məmurların dövlət büdcəsindən 230 milyon dollar oğurladığı iddia olunurdu.

Magnitsky-nin ölümü ABŞ və Avropa Birliyinin sanksiyalarına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG