Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Rusiyada daha bir cütlük valideynlik hüququyla imtahana çəkilir


Moskvada etiraz, arxiv fotosu
Moskvada etiraz, arxiv fotosu

Rusiyada bir cütlük üç övladını Moskvada etiraz aksiyasına apardığına görə valideynlik hüququnun alınmasıyla hədələnir. Cütlük bunu “bütün fəalları qorxutmaq niyyəti güdən qanunsuzluq cəhdi” sayır.

Pyotr Yelena Khomsky avqustun 26-da “Current Time”a deyiblər ki, Moskvanın Nikulinski rayonunun prokurorluğu onların valideynlik hüququnu alınmasından ötrü vəsatət qaldırıb. Səbəb onların bu ayın əvvəlində üç qızıyla birlikdə etiraz aksiyasına qatılmasıdır.

Məhkəmə vəsatətə sentyabrın 2-də baxacaq. Cütlük onu da deyib ki, avqustun 22-də Moskvada keçirilən hazırlıq iclası haqda onlara məlumat verilməyib.

Dmitry və Olga Prokazov-lar
Dmitry və Olga Prokazov-lar

Qorxutmaq

Dövlət telekanalları 3 avqust yürüşünə qatılmış cütlüyü üç aylıq, 3 və 10 yaşlı qızları ilə birlikdə göstərmişdi. Qızlardan ikisi uşaq arabasında idi.

Pyotr Khomsky süjetlərdə “peşəkar təxribatçı”, Kremlin tənqidçisi Aleksei Navalny-nin “mühafizəçisi” kimi təqdim olunub.

Khomsky yürüşə bilərəkdən getdiyini, ancaq heç bir plakat qaldırmadığını, şüar səsləndirmədiyini söyləyib.

Cütlüyün fikrincə, prokurorluğun vəsatəti “bizi və digər fəalları qorxutmaq” niyyəti güdür. Onlar valideynləri hüquqları uğrunda mübarizə aparacaqlarını vurğulayıblar.

Avqustun 6-da Moskva şəhər prokurorluğu DmitryOlga Prokazovlar cütlüyünün valideynlik hüququndan məhrum edilməsi haqda vəsatət qaldırıb. Onlar 27 iyul aksiyasına bir yaşlı oğullarını aparmaqda, uşağı təhlükəyə atmaqda suçlanırdılar.

Son həftələr Moskvada keçirilən yürüşlərdə minlərlə etirazçı saxlanıb. Onlarla etirazçı icazəsiz yürüşün təşkili və onda iştiraka görə cərimələnib, yaxud həbsə məhkum edilib.

Etirazlar müxalifət və müstəqil namizədlərin Moskvada Duma seçkisinə buraxılmamasına qarşı keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG