Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Baytarlıq narahatlığa əsas görmür


Mal-qara

Lerik rayonunun Zeynəko kəndində iribuynuzlu heyvanlar arasında xəstəlik yayıldığı bildirilir. Bəzi yerli sakinlərin sözlərinə görə, mal-qara arasında ölüm halları da var.

Ölkənin bəzi yerlı saytlarında isə mal-qara arasında xəstəliyin artıq kütləvi xarakter aldığı iddia olunur.

Amma rəsmi qurumların təmsilçiləri belə məlumatları təkzib edirlər.

Bu gün, avqustun 27-də həm Lerik, həm də Astara rayon baytarlıq idarələrindən AzadlıqRadiosuna bildiriblər ki, bu məsələdə narahatlığa əsas yoxdur. Sözügedən idarələrdən qeyd ediblər ki, bu, hər il baş verir və kütləvi xarakter daşımır. Onlar əlavə ediblər ki, hər il bu mövsüm bəzi mal-qara arasında qızdırma halları müşahidə olunur.

XS
SM
MD
LG