Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:38

Məhərrəm ayı ilə bağlı fətva verilib


Bakıda Aşura

Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.

Fətvanın mətni bu gün, avqustun 27-də yayılıb. Orada bildirilir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə sentyabrın 1-nə düşür.

«İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir... Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir...», - açıqlamada yazılıb.

Fətvada xatırladılıb ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanvermə aksiyası keçirilir. Qurum baş yarmaqla qan çıxarmaqdansa, belə aksiyalara qatılmağı daha düzgün sayır.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir («Aşura» ərəb dilindən tərcümədə «10-cu gün» deməkdir. Qətliam da Məhərrəm ayının 10-da baş verdiyindən Aşura adı verilib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG