Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:54

FHN yanğınlarla bağlı açıqlama yayıb


Azərbaycanın cənubunda meşə yanğınları davam edir
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Azərbaycanın cənubunda meşə yanğınları davam edir

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün, avqustun 26-da son vaxtlar bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınlarla bağlı məlumat yayıb:

«Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb. Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir».

Məlumatda vurğulanıb ki, yanğın söndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900-dən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 3 helikopteri və 1 BE-200 ÇS tipli amfibiya təyyarəsi iştirak edib.

Son günlər ölkənin bir sıra bölgələrində meşə yanğınları müşahidə edilir. Bu yanğınların 10 hektarlarla sahələri əhatə etdiyi bildirilir. Rəsmilər yanğınlara səbəb kimi insan amilini göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG