Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:24

Yuan son 11 ildə ən aşağı həddə düşüb


Dollar və yuan

Bu gün – avqustun 26-da Çinin milli valyutası yuan son 11 ildə ən aşağı həddə düşüb. Səbəb bu ölkənin ABŞ-la ticarət müharibəsi, bazarların üstünü potensial qlobal geriləmə kölgəsinin almasıdır.

“Frans Pres” agentliyi bir ABŞ dollarının 7,1487 yuana bərabər olduğunu yazır. Bu, 2008-ci ilin əvvəlində ən aşağı göstəricidir.

Son günlər dünyada iqtisadi gərginlik artır, ABŞ və Çin bir-birindən idxal olunan mallara tarifləri qaldırır. Prezident Donald Trump ABŞ şirkətlərini Çindən çıxmağa çağırır.

Çinin Xalq Bankı son həftələr daha zəif məzənnə təyin etməyə çalışır, bazar ertəsi bir dolların rəsmi məzənnəsi 7,057 yuan olub.

Yuanın dəyər itirməsi Çindən ixracı ucuzlaşdırır və ABŞ-ın tariflərinin yaratdığı itkini qismən kompensasiya edir.

Avqustun əvvəlində bir dollar 7,0 həddini keçdi. Onda Vaşinqton rəsmən Pekini “valyuta möhtəkirçisi” adlandırdı. Çinin mərkəzi bankı isə qətiyyətlə bu mövqeyə buna qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG