Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Tbilisi separatçı Abxaziyada ‘prezident seçkisi’ni pisləyir


Abxaziyanın separatçı lideri Raul Khadzhimba

Gürcüstan prezidenti separatçı Abxaziya regionunda avqustun 25-də keçirilən “prezident seçkisi”ni “riyakarlıq” adlandırıb.

Seçkiyə bölgənin separatçı lideri Raul Khadzhimba ilə yanaşı səkkiz namizəd qatılıb.

Separatçı regionun seçki rəsmiləri 116 min adamın seçki hüququ olduğunu, Abxaziya üzrə 152 səsvermə məntəqəsinin təşkil olunduğunu bildirib. Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bölgəni müstəqil ölkə kimi tanıyıb.

Gürcüstan Prezidenti Salome Zurabishvili Twitter-də yazıb ki, bu “qanunsuz seçki” ölkənin suverenliyinin “bir daha pozulmasıdır”.

Bu ay Rusiyayla Gürcüstanın beşgünlük müharibəsindən 11 il keçdi. Müharibədən sonra Rusiyanın hərbi qüvvələri bu iki separatçı regionu işğal etdi.

Tbilisi və Qərb ölkələri Rusiyanın dəstəklədiyi separatçıları keçirdiyi öncəki seçkiləri də də qanunsuz hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG