Avropa Şurasının prezidenti Rusiyanı yenidən Böyük Yeddiliyə qəbul etməkdənsə, növbəti sammitə Ukrayna prezidentini növbəti sammitə dəvət etməyi təklif edir. Donald Tusk bunu avqustun 24-də Böyük Yeddiliyin (G7) zirvə toplantısı çərçivəsində keçirilən brifinqdə deyib.
Reuters agentliyi yazır ki, Tusk Rusiyanın insan haqları sahəsində irəliləyişə nail olmadığını əsas gətirərək Trump-ın təklifini rədd etdiyini bildirib.
Bir müddət öncə Fransa prezidenti Emmanuel Macron və ABŞ lideri Donald Trumpın Rusiyanın 2020-ci ildə Nyu Yorkda keçirləcək G7 sammitinə dəvət olunmasına dair razılıq əldə etdiyi bildirilirdi.
Tusk həmçinin Trump-ın Fransaya vergi tətbiq edəcəyi hədəsinə də toxunub. O bildirib ki, Fransanın texnologiya şirkətlərinə vergi tətbiq etməsinə görə, ABŞ Fransız şərablarına vergi tətbiq etsə AB buna mütləq cavab verəcək.
“Fransa Avropa Birliyinin həmrəylik göstərəcəyinə güvənə bilər.”
Avqustun 24-də Fransada Böyük yeddiliyin sammiti başlayıb. Sammit üç gün davam edəcək