Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Trump Fransanı hədələdi


 Donald J. Trump
Donald J. Trump

ABŞ prezidenti Donald Trump deyib ki, fransız şərablarına vergi tətbiq edə bilər. O, bunu avqustun 23-də Fransaya Böyük Yeddilərin sammitinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib. Trump deyib ki, texnologiya şirkətlərinin “böyük fanatı” deyil:

“Lakin həmin şirkətlər ABŞ-ın nəhəng şirkətləridir. Açığı, mən Fransanın vergi tələb etməsini istəmirəm. Yox, əgər onlar bunu etsələr, biz də onların şərabına vergi tətbiq edəcəyik”.

Trump oxşar açıqlamanı bir müddət əvvəl də vermişdi.

İyulun əvvəlində Fransa senatı Fransada gəliri 25 milyon avro, dünya üzrə isə 750 milyon avro olan texnalogiya şirkətlərindən 3 faiz dəyərində vergi tutulmasını təsdiq edib.

Bu şirkətlərin arasında ABŞ-ın Google, Apple, Facebook şirkətlərinin də olduğu bildirilir.

XS
SM
MD
LG