Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Dünya liderləri Fransada toplanır


Dünya liderlərinin Kanadakı toplantısı, 9 iyun, 2018
Dünya liderlərinin Kanadakı toplantısı, 9 iyun, 2018

Fransanın cənub-qərbinə Böyük Yeddiliyin (G7) zirvə toplantısı keçirilir. Dünya liderləri İranın nüvə proqramını, Rusiyanın bu qrupa yenidən daxilolma mümkünlüyü məsələlərini müzakirə edəcəklər.

Sammitə ABŞ prezidenti Donald Trump, Kanadanın baş nazirir Justin Trudeau, Almaniya Kansleri Angela Merkel, eləcə də, Yaponiya, İngiltərə, İtaliya liderlərinin qatılacağı gözlənir.
Trump Vaşinqtonda səfər öncəsi deyib ki, G7 yoldaşları ilə “çox məhsuldar” danışıqlar olacağını gözləyir.

Fransa prezidenti Macron Amazondakı yanğınlarını da toplantıda gündəmə gətirəcəyini deyib
Rusiya əvvəllər bu qrupun üzvü idi və qurum G8 adlanırdı, lakin Moskva Krımın ilhaqı ilə bağlı təşkilatdan xaric edilib.
Macron qəti şəkildə bildirib ki, Rusiyanın G8 formatına qayıtması yalnız Ukrayna böhranının çözümündən sonra mümkün ola bilər.

1975-ci ildə yaradılmış G7-yə Birləşmiş Ştatlar, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.
Builki tədbirə ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Macron toplantıda qlobal bərabərsizliyin müzakirə olunmasını istəyir. “AFP” agentliyi yazır ki, Fransa iqlim dəyişikliyinin iqtisadi və sosial bərabərsiz yaradan əsas faktor olduğunu düşünür.

Üç il öncə Trump Birləşmiş Ştatları 2015-ci il Paris iqlim sazişindən çıxarıb.
Ötən il Kanadada keçirilən sammitdə, Trump qrupun yekun bəyanatını imzalamaqdan imtina edib, tədbiri qəzəbli şəkildə tərk edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG