Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 00:52

'Xurmalar Yetişən Vaxt' daha bir mükafat aldı


Hilal Baydarova mükafat təqdim olunur, 22 avqust, 2019-cu il
Hilal Baydarova mükafat təqdim olunur, 22 avqust, 2019-cu il

Azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar Yetişən Vaxt” filmi Sarayevo Film Festivalının ən yaxşı sənədli film üzrə "Heart of Sarajevo" mükafatına layiq görülüb. Bu haqda xəbər festivalın səhifəsində yer alıb.

Festival avqustun 16-dan 23-dək keçirilib.

Bu ilin aprelində isə həmin film İsveçrənin “Visions Du Reel” film festivalında ‘PRIX INTERRELIGIEUX’ və ‘MENTION SPÉCIALE JURY COMPÉTITION INTERNATIONALE LONGS MÉTRAGES’ mükafatlarına layiq görülüb.

Bosniyalı-holland rejissor Ena Sendijarevic-in (sağdan ikinci) "Məni yaxşı bir yerə apar" filmi isə Ən yaxşı film nominasiyasında mükafat alıb
Bosniyalı-holland rejissor Ena Sendijarevic-in (sağdan ikinci) "Məni yaxşı bir yerə apar" filmi isə Ən yaxşı film nominasiyasında mükafat alıb

Rejissor Hilal Baydarovun filmində vaxtı tənzimləyən əsas amil hələ də torpaqdır. Hər yay olduğu kimi, Baydarov və qardaşı, ata evində tək qalmış analarına baş çəkməyə gedirlər. Xurmanın yetişən vaxtlarıdır. Bu mövsümdə kənddə yaşayan insanlar məhsulun yığımı, hazırlanması və saxlanması üçün bir araya gəlir. Rejissorun ailəsi üçün xoşbəxt bir gün olsa da, mövsüm sona çatanda ana yenidən öz təkliyi ilə baş-başa qalacaq.

“Xurmalar Yetişən Vaxt” filmində kənd həyatının poetik təsviri ilə güclü ana portreti əks olunub.

XS
SM
MD
LG