Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:50

İldırım azı 5 nəfərin həyatına son qoyub


Arxiv fotosu

Polşanın cənubunda və qonşu Slovakiyada yerləşən Tatra dağlarında ildırım ikisi uşaq olmaqla azı 5 nəfərin həyatına son qoyub.

Rəsmilərin avqustun 22-də bildirməsinə görə, qurbanların çoxu Polşa tərəfdədir. Slovakiyada isə bir nəfər həlak olub.

Piyada ekskursiyaya çıxanların çox olduğu bu ərazidə 100-dən çox adam xəsarət alıb.

Polşanın Baş naziri Mateusz Morawiecki yaralılardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyib.

Xilasedicilərin bildirməsinə görə, ildırım Gievont zirvəsindəki turistləri xilas etmək üçün istifadə olunan metal zəncirləri vuranda turistlərin çoxu yaxınlıqda olub.

Ancaq rəsmilər turistlər dağlara dırmaşmağa başlayanda səmanın aydın olduğunu bildirir.

XS
SM
MD
LG