Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 15:33

ABŞ-la Rusiya bir-birini ittiham edir


Jonathan Cohen

Rusiya və Birləşmiş Ştatlar silahlara nəzarət sazişindən çıxmağa görə BMT-də bir-birini ittiham edib, qlobal təhlükəsizliyə təhdid yaratmaqda suçlayıblar.

Avqustun 22-də keçirilən iclasda Moskva Vaşinqtonu “ikiüzlülük”də ittiham edib. Bu ittiham ABŞ-ın son raket sınağı ilə əlaqədar səsləndirilib. 1987-ci ildə imzalanmış, hazırda qüvvədə düşmüş Ortamənzilli Raket Qüvvələri (INF) sazişi bu silahları qadağan edirdi.

ABŞ-ın səfiri vəzifəsini icra edən Jonathan Cohen isə deyib ki, Moskva INF sazişinin öhdəliklərini çoxdan pozmaq qərarını verib, “Avropadakı vacib hədəfləri vurmağa qadir” qanadlı raketlər yerləşdirib.

Birləşmiş Ştatlar isə Rusiyanın şimalındakı sirli partlayışın detallarını tələb edib. Həmin partlayışda beş nüvə mühəndisi həlak olub.

Pentaqon avqustun 18-də qanadlı raket sınaqdan keçirəndən sonra Rusiya və Çin Təhlükəsizlik Şurasının iclasını çağırıblar.

INF 500- 5 min 500 kilometri əhatələyən qanadlı və ballistik raketləri qadağan edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG