Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:33

Taxta bazarında yanğın söndürülüb


Yanğın

Yanğın söndürülüb

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib:

"Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub".

Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb:

"Yanğın barədə məlumat daxil olan kimi, dərhal bölmələr hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".

***

Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Təcili yardıma Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürəni müraciət edib. Onların xəsarət aldıqları bildirilir.

3 nəfər xəstəxanaya yerləşdirilib

Bu da xəbər verilir ki, yanğında xəsarət alan üç nəfərxəstəxanaya yerləşdirilib.

Onlardan 2 nəfərin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.

Həmin şəxslərin tüstüdən zəhərləndiyi qeyd edilir.

+++

Bakının Nərimanov rayonunda «Baksol yolu» adlanan ərazidə taxta bazarı yanır.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyindən də təsdiq ediblər.

Nazirlikdən bildirildiyinə görə, hadisə yerinə yanğından mühafizə qüvvələri və yanğınsöndürmə maşınları cəlb edilib.

Yanğının baş vermə səbəbi, hələlik, açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG