Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:17

Rusiya ilk humanoid robotunu orbitə göndərir


FEDOR robotu

Rusiya ilk humanoid robotunu daşıyan raketi buraxıb. Robot 10 gün ərzində Beynəlxalq Kosmik Stansiyada (BKS) astronavtlarla işləməyi öyrənəcək.

FEDOR (Fyodor) robotu avqustun 22-də Qazaxıstandakı Baykonur kosmodromundan Soyuz kosmik gəmisilə yola salınıb.

Adətən ekipaj üzvlərini daşıyan Soyuz-un bu dəfə bircə “sərnişin”i var, o da FEDOR-dur və avqustun 24-də kosmik stansiyaya yan alacağı gözlənir.

İdentifikasiya nömrəsi Skybot F850 olan robot yola düşərkən Rusiya kosmonavtı Yury Gagarin-in məşhur “Poyexali!” (Getdik!) sözünü təkrarlayıb.

1,8 metr hündürlükdə olan FEDOR-un çəkisi 160 kiloqramdır, Instagram və Twitter hesabları da var.

Rusiyanın Roskosmos kosmik agentliyinin rəsmilərinin deməsinə görə, FEDOR BKS üzvlərinə kiçik tapşırıqları yerinə yetirməkdə kömək edəcək. Gələcəkdə isə kosmik aparatdan kənarda işləyə bilən modellər hazırlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG