Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Kosovo parlamenti buraxılır


Deputatlar səsvermədən sonra selfi çəkirlər

Kosovoda deputatlar parlamentin buraxılmasına səs veriblər. Bununla da Baş nazir Ramush Haradinaj-ın istefasından sonra Prezident Hashim Thaci-nin erkən parlament seçkisi çağırmağa yolu açılır.

Avqustun 22-də 120 deputatdan 89-u parlamentin buraxılmasına səs verib. Erkən seçki sentyabrın sonunda, yaxud oktyabrın əvvəlində keçirilə bilər.

Haradinaj avqustun 19-da, Haaqa məhkəməsində dindirilmədən öncə istefa verib. O, 20 il qabaq Kosovo Azadlıq Ordusu döyüşçüləri tərəfindən törədildiyi iddia olunan hərbi cinayətlərlə bağlı dindirilməlidir.

Haradinaj heç bir yanlışa yol vermədiyini, bununla belə Haaqaya hökumət başçısı kimi gedə bilməyəcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG