Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:15

BMT-nin Təhlükəsizlik Şurası yığışır


Müdafiə Departamenti qanadlı raketi sınaqdan keçirir

Avqustun 22-də BMT-nin Təhlükəsizlik Şurası Rusiya və Çinin xahişilə açıq iclas keçirəcək, Birləşmiş Ştatların avqustun 19-da qanadlı raketi sınaqdan keçirməsinə müzakirə edəcək.

Rusiya bildirir ki, iclas “ABŞ rəsmilərinin ortamənzilli raketlər hazırlamaq və yerləşdirmək bəyanatları” ilə bağlı keçirilir.

ABŞ və Rusiya arasında 30 illik silah sazişi bu ilin əvvəlində iflas edib. Birləşmiş Ştatlar avqustun 2-də 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri Sazişindən çıxdığını bildirib. Həmin saziş 500 – 5 min 500 kilometri vura bilən qanadlı və ballistik raketləri qadağan edirdi.

Vaşinqton Moskvanı sazişi pozmaqda ittiham edir, Rusiya isə oxşar ittihamları Birləşmiş Ştatlara yönəldir.

Günün bütün mövzuları

XS
SM
MD
LG