Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Kəlbəcərdə zəlzələ olub


Zəlzələ

Bu gün, avqustun 22-si Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Xidmət bildirir ki, yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə, Kəlbəcər-Goranboy sərhədində (Kəlbəcər rayonu ərazisində) zəlzələ baş verib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Kəlbəcər rayonu hazırda işğal altındadır. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Onlardan biri də Kəlbəcər rayonudur.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG