Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:04

ABŞ Cənubi Osetiyada hasar tikintisini dayandırmağa çağırır


2008-ci ilin avqust müharibəsi

Birləşmiş Ştatlar Gürcüstanın separatçı Cənubi Osetiya regionunda Rusiyanın dəstəklədiyi hakimiyyətin administrativ sərhəd xəttində hasar ucaltmasından narahatlığını bildirib.

«Sərhədləşmə ərazidə yaşayanlara fərq qoymadan, qeyri-adekvat şəkildə təsir göstərir, onları fermer sahələrindən, ailələrin, dolanışıq vasitələrindən və vacib infrastrukturdan ayrı salır», – Dövlət katibinin sözçüsü Morgan Ortagus avqustun 21-də brifinqdə deyib.

O, yeni hasarın tikintisini “dərhal dayandırmağa”, Rusiyanı isə “Gürcüstan ərazisinin 20 faizinin qanunsuz işğalına son qoymağa” çağırıb.

Bu ay beşgünlük Rusiya-Gürcüstan müharibəsindən 11 il keçdi. Həmin müharibə Tbilisi Abxaziya və Cənubi Osetiya regionlarına nəzarəti itirdi.

Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini bir neçə ölkə tanıyıb. Moskvanın bu regionları dəstəkləməsini isə beynəlxalq ictimaiyyət pisləyib.

Müharibədən bəri Rusiya buradan əsgərlərini çıxarmayıb.

Avqustun 8-də Birləşmiş Ştatlar, Belçika, Estoniya, Fransa, Almaniya, Polşa və Britaniya birgə bəyanat verərək Moskvanı hərbi qüvvələrini müharibədən qabaqkı mövqelərə çəkməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG