Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:31

Anatoly Karpov ABŞ vizası ala bilmir


Anatoly Karpov

Rusiyanın şahmat üzrə keçmiş dünya çempionu Anatoly Karpov martdan bəri Birləşmiş Ştatlara qeyri-mühacir vizası ala bilmir. Kaprov Nyu Yorkda yay düşərgəsində dərs deməliydi.

Onu dostu, Chess Max Academy-nin sahibi Maxim Dlugy dəvət edib.

Dövrünün ən böyük şahmatçılarından olan 68 yaşlı Karpov 1972-ci ildən bəri bir neçə dəfə Birləşmiş Ştatlarda olub. Həmin il amerikalı Bobby Fischer şahmat tacını onun əlindən alıb.

“Onu qəfildən Moskvadakı səfirliyə müsahibəyə çağırıblar və soruşublar ki, ‘ABŞ senatorları və konqresmenləri ilə danışmağa gedirsən? Bunu yoxlamalayıq’”, – Dlugy “Reuters”ə deyib.

Karpov-un viza müraciətinə hələ də baxıldığı bildirilir. Səfirlikdən bildiriblər ki, “proses tamamlanan kimi” ona məlumat veriləcək.

Dlugy deyib ki, uzun karyerası müddətində Karpov viza almaqda problemlə üzləşməyib və son iki ildə onun akademiyasında gənc şahmatçılara dərs keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG