Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 23:21

İran yenə xəbərdarlıq edir


Javad Zarif

İran deyir ki, nüvə silahlarının yayılmaması sazişinə (NPT) sadiq qalır, ancaq ABŞ Prezidenti Donald Trump-ın “proqnozlaşdırılmayan” siyasəti Tehranın oxşar reaksiyasına səbəb olar.

Avqustun 21-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunda (SIPRI) çıxış edən Xarici işlər naziri Javad Zarif qonşularına xəbərdarlıq edib ki, qərb silahlarına xərclərin artması Körfəz regionunda sabitlik yarada bilməyəcək.

“Qarşılıqlı gözlənilməzlik xaosa aparar. Prezident Trump özü gözlənilməz qalaraq digərlərindən ölçülü-biçili davranmağı gözləməməlidir”, – Zarif vurğulayıb.

“Körfəzin ərəb ölkələri Qərbdən silah almağa milyardlarla dollar xərcləməklə regionda təhlükəsizliyə nail ola bilməz... Heç bir xarici hərbi qüvvə körfəzdə təhlükəsizliyə təhdidi önləyə bilməz”, – o əlavə edib.

Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra iki ölkənin münasibətləri daha da gərginləşib.

Bir gün öncə isə ABŞ Dövlət katibi Mike Pompeo Tehranı və onun dəstəklədiyi qüvvələri İraq, Livan, Suriya və Yəməndəki münaqişələrdə “terror və itaətsizliyi” qızışdırmaqda suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG