Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 01:42

Əfqanıstanda toyda ölənlərin sayı 80-ə çatıb


Hücumda ölənlərin anım mərasimi

Ötən həftə Kabildə toya hücum zamanı ölənlərin sayı 80-ə çatıb. Açıqlamanı Əfqanıstanın iki rəsmisi verib.

İntiharçının avqustun 17-də törətdiyi hücumda ilkin olaraq 63 nəfərin öldüyü bildirilirdi, ancaq yaralılardan bəziləri xəstəxanada keçinib. Bunu Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyir.

Hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.

Bu, ilin əvvəlindən Kabildə baş verən 17-ci, təkcə avqustda isə ikinci hücum idi. Bu hücumlarda azı 193 nəfər öldürülüb, 900-dək adam yaralanıb.

Bu arada Vaşinqtonla Talibanın 18 illik müharibə üzrə sülh danışıqlarını tamamlamaq üzrə olduğu xəbər verilir.

XS
SM
MD
LG