Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 11:07

İsti temperatur diskomfortu gözlənilir


Günəş

Avqustun 22-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı, şimal küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycan rayonlarında da yağıntı gözlənmir. Gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Avqustun 22-23-də Bakıda və Abşeron yarımadasında zəif külək, arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG