Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:59

Azərbaycanda kərə yağı istehlakı azalıb


Yağ

2018-ci ildə Azərbaycan əhalisi 32 min tondan artıq kərə yağı istifadə edib. Bu da 2017-ci il illə müqayisədə 4.1 faiz azdır.

«Turan» agentliyinin məlumatına görə, bu barədə 2018-ci il üzrə ölkənin Ərzaq Balansında qeydlər yer alır.

Məlumata görə, ötən il kərə yağı idxalı (9759 ton) 9.5, yerli istehsal isə 6.6 faiz (23638 ton) azalıb.

Agentliyin xəbərində habelə, Dövlət Statistika Komitəsinə istinadən vurğulanıb ki, 2014-cü il ilə müqayisədə (44472 ton) Azərbaycanda kərə yağı istehlakı 28 faiz azalıb.

Xəbərdə qeyd edilir ki, 2014-cü ildə təsdiq edilmiş normalara əsasən, adambaşına minimum kərə yağı istehlakı 6.7 kq olmalıdır: «2018-ci ildə ölkədə bu ərzağın istehlakının orta həcmi 3.3 kq təşkil edib. Bu da 2012-2014-cü illərlə müqayisədə 1.4 kq azdır».

Müstəqil ekspertlər bunu mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, 2015-ci ildə baş verən devalvasiyalardan sonra (manat iki dəfə dəyər itirdi) əhali kasıblaşdığından və kərə yağının qiyməti artdığından istehlakı da azalıb. Onlarin fikrincə, keyfiyyətli yağ almağa pulu çatmayan vətəndaşlar mənşəyi bəlli olmayan, sağlamlığa ziyan vurduğu ehtimal edilən ucuz yağlara yönəlirlər.

Hərçənd, son illər rəsmilər əhalinin kasıblaşması ilə bağlı deyilən fikirlərlə razılaşmırlar. Onların açıqlamalarına görə, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Üstəlik, rəsmilər qeyd edirlər ki, son illər kənd təsərrüfatında da ümumən inkişaf var.

Günün bütün mövzuları

XS
SM
MD
LG