Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:25

Hirkan Parkında yanğın davam edir


Yanğın

Dünən, avqustun 20-da Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi işləri avqustun 21-də də davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda yazılıb. Məlumata görə, əraziyə FHN-in Aviasiya dəstəsinin «BE 200 ÇS» amfibiya təyyarəsi cəlb olunub.

Nazirlik vurğulayıb ki, yanğının söndürülməsi məqsədilə onun Aviasiya dəstəsinin iki helikopteri də avqustun 20-dən ərazidə fəaliyyətdədir.

Hirkan Milli Parkında yanğın başlayıb

Avqustun 19-da Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

İ.İbrahimova deyib ki, hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. «Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində, əsasən, əl əməyindən istifadə olunur», - mətbuat katibi bildirib.

Dünən, avqustun 19-da Quba rayonunda da meşə və kolluq hissədə yanğın başlayıb.10 hektara yaxın ərazini əhatə edən bu yanğının isə bu gün, avqustun 20-də lokallaşdırıldığı bildirilir.

Xatırlatma

Hirkan Milli Parkı Lənkəran və Astara rayonları ərazisində yerləşir. 40358 hektar sahəni əhatə edir. Burada fıstıq, şabalıdyarpaq palıd, vələs, dəmirağac və bir çox ağac növləri mövcuddur. Parkda bəbir, ayı, çöldonuzu, cüyür kimi heyvanların olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG