Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Trump Qrenlandiyaya baxan otel şəkli paylaşıb


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump öz adı olan otelin Qrenlandiyanın fonunda montaj olunmuş fotosunu paylaşıb.

Trump avqustun 19-da Twitter-də zarafatla yazıb ki, “bunu Qrenlandiyaya etməyəcəyimə söz verirəm”.

Donald Trump avqustun 17-də Qrenlandiyanı Birləşmiş Ştatlar üçün almaqda “strateji” maraqlı olduğunu deyib, ancaq bunun administrasiyası üçün prioritet daşımadığını vurğulayıb. O, jurnalistlərə deyib ki, “bu, nömrə 1 məsələ deyil”.

Qrenlandiya
Qrenlandiya

Amma həm Danimarkanın Baş naziri Mette Frederiksen, həm də Qrenlandiyanın Baş naziri Kim Kielsen bu yarımuxtar Danimarka ərazisinin satılmadığını deyib.

“Heç kəs başımızın üstündən qərar verməməlidir, bizə sayqı göstərilməli, maraqlarımız öndə olmalıdır”, – Qrenlandiyada çıxan “Sermiatsiaq” qəzetinin yazmasına görə, Kielsen mətbuat konfransında deyib.

56 min nəfər əhalisi olan Qrenlandiya Danimarkanın özünü idarə edən ərazisidir. Yerli hökumət daxili məsələləri idarə edir, xarici və təhlükəsizlik siyasətinə Kopenhagen baxır.

Birləşmiş Ştatların Qrenlandiyada böyük hərbi bazası yerləşir.

ABŞ 1946-cı ildə Qrenlandiyanı Danimarkadan 100 milyon dollara almağı təklif etsə də, sövdələşmə rədd olunub.

Trump gələn ay Danimarkaya səfər edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG