Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:01

Pensiya alanlar azalır


Artım pensiyaçıları qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Artım pensiyaçıları qane edirmi?

2019-cu il iyulun 1-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58.4 faizi yaşa, 30 faizi əlilliyə, 11.6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.

2018-cı il oktyabrın 1-də Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 309 min nəfər təşkil etmişdi. Həmin ilin əvvəlində isə onların sayı 1 milyon 318.4 min nəfərə bərabər olmuşdu. Rəqəmlərin müqayisəsinə əsasən, pensiyaçıların sayı son 9 ayda 18 min, 1 il 6 ay ərzində isə 27 min azalıb.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

F.Mustafa
F.Mustafa

Deputatdan pensiyaçıların azalmasının izahı

«Pensiyaçıların sayında azalmanın əsas bir-iki səbəbi var».

Bunu ölkədə pensiyaçıların sayının azalması ilə bağlı deputat Fazil Mustafa bildirib.

F.Mustafa hesab edir ki, bu kateqoriya insanların sayının azalmasının bir səbəbi son vaxtlar saxta yollarla pensiya alma hallarının aşkarlanması ilə bağlıdır. «Bu, bir tərəfdən yaxşıdır. Belə ki, saxta yolla büdcədən pul almağın qarşısı alınır», - deputat bildirib.

F.Mustafaya görə, daha bir səbəb əmək zədələri alaraq pensiya ilə təmin olunmuş şəxslərin sağalaraq təkrar əməyə cəlb olunmalarıdır: «Bu səbəb də sayın azalmasına təsir göstərən amillərdən biridir».

Azərbaycanda pensiyaya çıxmaqla bağlı yaş həddinin artırılmasına gəlincə, deputat bunun təsirini ehtimal kimi dəyərləndirib. «Bu, hələlik, ancaq ehtimaldır, bunu təsdiqləyə bilmək üçün rəsmi rəqəmlərə malik olmaq lazımdır», - deputat vurğulayıb.

V.Bayramov
V.Bayramov

İqtisadçı: «Hökumət pensiya yaşına yenidən baxmalıdır»

«Ölkə üzrə pensiyaçıların sayının azalmasına təsir edən əsas səbəb pensiyaya çıxmaqdan ötrü yaş müddətinin yuxarı olmasıdır».

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

V.Bayramov deyib ki, bu, ölkədə vəfat edənlərlə pensiyaya çıxanların arasında nisbətin birincilərin xeyrinə olmasının göstəricisidir: «Biz hələ o zaman (2017-ci il) Azərbaycanda orta ömür müddətini əsas götürərək, ölkədə pensiya yaşının 65 yaş müəyyən edilməsini məqbul saymadıq və buna münasibətimizi də ifadə etdik».

V.Bayramov hesab edir ki, elə bu faktdan irəli gələrək hökumət pensiyaya çıxmaq yaşının azaldılması məsələsinə baxmalıdır.

Mərkəz rəhbəri qeyd edib ki, başqa tərəfdən, aidiyyəti qurumların saxta pensiya alanlarla bağlı araşdırmalarının da buna təsiri var. «Amma bütün hallarda, fikrimcə, pensiyaçıların sayının azalmasına təsir edən əsas səbəb pensiyaya çıxmaq yaşının yuxarı olması ilə bağlıdır və hökumət pensiya yaşına yenidən baxmalıdır», - V.Bayramov vurğulayıb.

Sizcə, normal yaşayış üçün pensiya nə qədər olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG