Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 13:28

Büdcə kəsiri açıqlanıb


Foto illüstrasiya

Bu ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 mlrd. 435.5 mln. manat, xərcləri isə 13 mlrd. 102.7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 2.5 və 12.5 faiz çoxdur.

Son nəticədə büdcədə 667.2 mln. manatlıq kəsir yaranıb.

Bu il dövlət büdcəsinin gəlirləri 23 mlrd. 168 mln., xərcləri isə 25 mlrd. 190 mln. manat müəyyən edilib. Büdcə kəsiri isə 2 mlrd. 22 mln. manat səviyyəsində təsdiqlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG