Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:16

Litva 1 milyon dollarlıq yod həbləri alır


Astravets zavodu

Litva qonşusu Belarus bu ilin sonuna ilk nüvə enerjisi zavodunu işə salanadək 4 milyon yod həbi alacağını bildirir. Litva hökumətinin məlumatına görə, 900 min avro (1 milyon dollar) dəyərində olan həbləri istehlakçı bir ay ərzində çatdıracaq. Xəbəri “The Associated Press” avqustun 19-da yayıb.

Astravets nüvə enerjisi zavodundan radiasiya sızması halında həblər vətəndaşlara paylanacaq. Zavod Rusiyanın yardımıyla, Litvanın paytaxtı Vilnüsün 50 kilometrliyində tikilir.

Yod qalxanvari vəzini radiasiyadan qorumaq üçün istifadə olunur.

Nüvə zavodunun ilk reaktoru ilin sonunadək, ikincisi isə 2020-ci ildə işə salınmalıdır. İki reaktor birlikdə 2,4 qeqavatlıq elektrik hasil edəcək.

Litva hökuməti bu nüvə obyekti sarıdan narahatlığını dilə gətirib və buna görə yod həbləri alacağını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG