Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Qazaxıstanda da qarayara aşkarlanıb


Bacillus anthracis bakteriyası
Bacillus anthracis bakteriyası

Qazaxıstan paytaxtı Nur-Sultan yaxınlığında bir kənddə bir neçə nəfərdə qarayara xəstəliyi təsdiqləndiyindən karantin tətbiq olunub.

Səhiyyə Nazirliyinin avqustun 19-da bildirməsinə görə, Nur-Sultandan 100 km şərqdə yerləşən Olgunka kəndinin beş sakini son günlər qarayara simptomları ilə xəstəxanaya yerləşdirilib, onlardan dördündə bu yoluxucu xəstəliyi törədən Bacillus anthracis bakteriyası aşkarlanıb.

Bəyanata görə, hazırda Aqmola regionunda yerləşən bu kənddə durum hakimiyyətin nəzarəti altındadır və xəstəliyin qarşısının alınmasından ötrü gərəkən addımlar atılır.

2016-cı ildə yaxınlıqdakı Qaraqandi diyarında bu infeksiyadan iki nəfər dünyasını dəyişib.

ABŞ-da Xəstələiklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin (CDC) məlumatına görə, vəhşi və ev heyvanları çirklənmiş torpaq, su, bitkilərdə sporları (ibtidai və ali bitkilərdə çoxalmağa xidmət edən müxtəlif mənşəli mikroskopik törəmələr) udaraq infeksiyaya yoluxa bilərlər.

CDC bildirir ki, qaraya infeksiyasının bütün növləri antibiotiklərlə müalicə olunmasa, ölümlə nəticələrə bilər.

Bu günlərdə Sabirabad rayon sakinləri AzadlıqRadiosu-nun əməkdaşına bir neçə şəxsin qarayara xəstəliyinə yoluxduğunu, hətta bir nəfərin vəfat etdiyini bildirmişdi. Səhiyyə Nazirliyindən də rayonda bir nəfərin ötən ayın sonunda bu xəstəlikdən öldüyünü təsdiqləyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG