Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:17

Pakistan: Kəşmirdə iki dinc sakin öldürülüb


Karaçidə Kəşmirə görə etiraz aksiyası, arxiv fotosu

Pakistan hökuməti mübahisəli Kəşmir regionundakı təmas xəttində Hindistan tərəfin açdığı atəşdən iki dinc sakinin öldüyünü, birinin yaralandığını bildirir.

Bu mübahisəli Himalay regionunda Hindistanla Pakistan arasında tez-tez atışma baş verir, ancaq avqustun 5-dən gərginlik artıb, çünki Nyu Dehli Kəşmirin öz nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib, İnternet və telefon xidmətlərini kəsib.

Hər iki ölkə Kəşmirin ona məxsus olduğunu iddia edir.

Pakistanın Xarici İşlər Nazirliyi Hindistan səfirini çağıraraq davamlı atəşkəs pozuntularına görə rəsmi etiraz təqdim etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG