Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:04

Məktəblərdə mobil telefonları məhdudlaşdırmaq istəyirlər


Moskvada Suvorov adına Hərbi Məktəb
Moskvada Suvorov adına Hərbi Məktəb

Rusiyanın Maarif Nazirliyi məktəblərdə mobil telefonlardan istifadəni məhdudlaşdırmağı təklif edib. Nazirlik uyğun tövsiyələrin bir neçə dövlət qurumuna verildiyini, yeni dərs ili başlananadək regionlara göndəriləcəyini bildirib.

Tövsiyələr rəy sorğusu və məktəblərdə mobil telefonlardan istifadə üzrə beynəlxalq təcrübəyə əsaslanır.

Şagirdlərin 61, valideynlərin 89, müəllimlərin isə 90 faizi dərs vaxtı telefondan istifadənin məhdudlaşdırılmasını dəstəkləyib. Şagirdlərin yarıdan çoxu belə bir fikirlə razılaşıb ki, mobil telefonlardan nizamsız istifadə sağlamlığa ziyandır, diqqəti dərsdən yayındıdır. Nazirliyin məlumatında belə deyilir.

Tövsiyələrə görə, müəllimlər və şagirdlər məktəbə daxil olan kimi telefonlarını “səssiz” rejimə qoyacaqlar. Məktəb rəhbərliyinin isə dərs vaxtı telefondan istifadəni məhdudlaşdırmaq hüququ var. Məktəblərə tövsiyə olunur ki, dərs vaxtı mobil telefonların saxlandığı yerə nəzarət olunsun, gözlənilməz situasiyalarda şagirdlərin valideynlərlə ünsiyyət formasını razılaşdırsın.

İyulun əvvəlində Federasiya Şurasının sədri Valentina Matviyenko məktəblərdə mobil telefonları qadağan etmək təşəbbüsü ilə çıxış etmişdi.

2018-ci ilin sentyabrından Fransada ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadə yasaqlanıb. Avropa məktəblərinin çoxunda qacetlər qadağan deyil, ancaq onlardan istifadəyə məhdudiyyətlər var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG