Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

MİQ-29-un 'qara qutu'su tapılıb [Foto]


MİQ-29-un «qara qutu»su

Azərbaycan Hərbi Hava Qüvvələrinin ötən ay gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış MİQ-29 təyyarəsinin «qara qutu»su tapılaraq dənizdən çıxarılıb.

Bu barədə bu gün, avqustun 19-da Müdafiə Nazirliyi məlumat yayıb: «Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə «qara qutu»nun texniki vəziyyəti öyrənilir. Eyni zamanda, təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir».

Xatırlatma

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib. Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılmışdı. Təyyarənin pilotundan isə, hələlik, xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG