Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:11

Netanyahu Kiyevdədir


Benjamin Netanyahu, arxiv fotosu

Kiyevə rəsmi səfərdə olan İsrail baş naziri Benjamin Netanyahu avqustun 19-da Ukrayna ilə daha sıx əlaqələrə çağırıb:

"Biz gələcəyə ayrılıqda da gedə bilərik, amma biz bunu birlikdə daha yaxşı edərik”.

Bu, İsrail baş nazirinin Ukraynaya son iyirmi ildə ilk səfəridir.

***

İsrailin Baş naziri Benjamin Netanyahu avqustun 18-də həyat yoldaşı Sara ilə Kiyevə ikigünlük səfərə gedib. Onları Ukrayna torpağında duz-çörəklə qarşılayıblar.

Netanyahu son 20 ildə İsrailin Ukraynaya səfər edən sonuncu hökumət başçısıdır. Onu aeroportda Kiyevin meri Vitali Klitschko qarşılayıb.

Netanyahu Prezident Volodymyr Zelenskiy, Baş nazir Volodymyr Hroisman ilə görüşməlidir. Onların hər ikisi yəhudidir.

Zelenskiy ilə avqustun 19-da səhər təmirdən çıxmış Mariyinskiy Sarayında görüşdən sonra ikitərəfli sənədlər imzalanacaq. Rəsmi çıxışların ardınca iki lider Babyn Yar memorialını ziyarət edəcək. 1941-ci ildə nasistlər burada 33 min yəhudini qətlə yetirib. 2-ci Dünya müharibəsinin sonuna yaxın Almaniya hakimiyyəti üçün “arzuolunmaz”, yaxud təhdid sayılan 100 min adam həmin ərazidə edam olunub. Onların sırasında sovet müharibə əsirləri, partizanlar, Ukrayna millətçiləri və qaraçılar olub.

Netanyahu Holodomor aclığının qurbanlarını da yad edəcək. Sovet diktatoru Josef Stalin-in arxasında durduğu aclıq zamanı milyonlarla ukraynalı dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG