Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

Hamı bu təyyarənin pilotundan danışır


Sərnişinlər evakuasiya olunur
Sərnişinlər evakuasiya olunur

Ural Airlines şirkətinin təyyarəsini qarğıdalı tarlasına sağ-salamat endirmiş ekipajı “qəhrəman” kimi alqışlayırlar. Təyyarədəki 233 nəfərdən ölən olmayıb, Səhiyyə Nazirliyi 23 nəfərin xəsarət aldığını bildirir.

TASS və Interfax isə adını çəkmədiyi mənbələrə istinadla 226 sərnişindən 55-nin və yeddi ekipaj üzvünün xəsarət aldığını xəbər verir.

Təyyarə yerə enən kimi mühərriklərinin ikisi də sönüb.

Rusiya mülki aviasiya idarəsinin sözçüsü Elena Mikheyeva təyyarənin mühərriklərinin ekipaj tərəfindən söndürüldüyünü bildirib.

Jukovski Beynəlxalq Aeroportunun qarşısı
Jukovski Beynəlxalq Aeroportunun qarşısı

“Xəsarət alanlara tezliklə sağalmağı arzulayır, qəhrəman pilotlarımızı isə adamların həyatını xilas etdiyinə və təyyarəni endirdiyinə görə təbrik edirik”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Bəziləri bu insidenti U.S. Airways-in 1549 saylı uçuşu zamanı yaşanmış hadisəyə bənzədirlər. 2009-cu ildə pilotlar təyyarəni Hudzon çayına endirməli olmuşdular.

Ural Airlines-ın məlumatına görə, pilotun 3 min saatdan çox uçuş təcrübəsi var.

Sosial şəbəkədə yayılmış bir videoda bir qadının səsi eşidilir: “Elə bil, yenidən doğulduq”.

Sovet İttifaqının 1991-ci ildə çöküşündən sonra Rusiya aviasiya sənayesinin təhlükəsizliyi kəskin tənqid olunub. Ancaq son illər bir çox təyyarələrin yenilənməsi alqışlanıb.

Təyyarə qəza enişi edəndən sonra
Təyyarə qəza enişi edəndən sonra

***

Rusiyada təyyarə qəza enişi edib – 23 yaralı

Rusiyada Ural Airlines şirkətinə məxsus təyyarə Moskva yaxınlığında fermer sahəsinə qəza enişi edib, beş uşaq daxil olmaqla 23 nəfər xəstəxanaya yerləşdirilib.

Şirkətin avqustun 15-də bildirməsinə görə, Airbus A321 təyyarəsi Jukovski aeroportu yaxınlığındakı qarğıdalı sahəsinə enməli olub. Belə ki, bir dəstə quş təyyarənin mühərrikinə çırpılıb.

Rusiyanın Səhiyyə Nazirliyi yaralılardan heç birinin həyatına təhlükə olmadığını deyir. Yerli media yaralılar içində 9 uşaq olduğunu yazır.

Aeroportdan qalxan təyyarə Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım regionunun paytaxtı Simferopola uçurdu.

Sərnişinlər mobil telefonları ilə çəkdikləri videoları sosial şəbəkələrə yerləşdiriblər. Videolarda təyyarənin qarğıdalı tarlasında bir neçə yüz metr gedən sonra dayandığını görünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG