Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:56

Zibil muzeyi açılıb


Zibil muzeyi
Zibil muzeyi

Avqustun 14-də Rusiyanın Kamçatka yarımadası yaxınlığındakı Berinq adasında zibilə həsr olunmuş muzey açılıb. Məqsəd dünya okeanlarının çirklənmə səviyyəsinə diqqət çəkməkdir.

Muzey Komandorski Təbii Qoruğunda yerləşir. Parkın mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib ki, muzeyin “eksponatlarının” çoxu yaxınlıqdan tapılıb, adanın sahillərindən yığılıb.

Hazırda muzeydə dörd növ zibil sərgilənir, onlar təhlükəsinə görə müxtəlif kateqoriyalara bölünüb.

Zibil muzeyi
Zibil muzeyi

Muzeyi yaradanlar tullantıların okean mühitinə təsirini vurğulayır, zibil emalının Yer resurslarının idarə olunmasında səmərəli alət olduğunu deyirlər.

Muzeyi ilk olaraq xarici turistlər və məktəblilər ziyarət edib.

Muzeydə parkın gerçəkləşdirdiyi tullantıların idarə olunması layihəsi haqda da bilgi verilir. Bu layihə çərçivəsində işlənmiş batareyalar və lampalar yığılır.

Hər il okeanlara 8 milyon tonadək plastik tullantı daxil olur. Hazırda isə su hövzəsində 150 milyon ton zibilin olduğu bildirilir. Bunu "Okean Mühafizəsi" (Ocean Conservancy) qeyri-kommersiya təşkilatı deyir.

“Okean Təmizliyi” (Ocean Cleanup) təşkilatının məlumatına görəsə, hazırda okeanda 5 trilyonadək plastik tullantı hissəsi var.

Sonucda plastik tullantılar okeandakı 700 növə təsirini göstərir. Çoxları plastiki yeməklə səhv salır. Dəniz quşlarının 60 faizi, dəniz tısbağalarının isə 100 faizində plastik aşkarlanıb.

Qlobal Okean Sağlamlığı İndeksində Rusiya ötən il 100 baldan 74-nü yığıb. Burada ərazi sularının durumu 10 kateqoriya üzrə dəyərləndirilir.

XS
SM
MD
LG