Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Hər 43 nəfərdən 1-i şəkərli diabetdən ölüb


Qanda şəkərin miqdarının ölçülməsi

2018-ci ildə Azərbaycanda şəkərli diabet diaqnozu ilə 24774 nəfər qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, onlardan 10935 nəfəri kişi, 13839-u qadındır. Həmin xəstələrdən 139-u 0-13, 85-i 14-17, 447-si 18-29, 24103-ü də 30 və yuxarı yaş qruplarına aiddir.

Məlumata əsasən, insulindən asılı I tip şəkərli diabet xəstələri 1611 nəfərdir. Müalicə-profilaktika müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə 255470 nəfər olub. Onlardan 13937 nəfərin xəstəxanalarda şəkərli diabetdən müalicə olunduğu bildirilir.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə şəkərli diabetdən ölənlərin sayı 1332 nəfər təşkil edib. Onlardan 556 nəfəri kişi, 776 nəfərini isə qadınlar olub. Şəkərli diabetdən ölənlərin sayı ölkə üzrə Bakı şəhərində (167 nəfər) və Şəki rayonunda (98 nəfər) daha çoxdur.

Ötən il ölkədə ümumilikdə 57250 ölüm halı baş verib.

Amma rəsmilərdən fərqli olaraq, müstəqil ekspertlər şəkərli diabetdən ölənlərin sayı ilə bağlı açıqlanan rəqəmə şübhə edirlər. Onlar bu rəqəmin daha yüksək olduğunu düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG