Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Rusiya alimləri əcnəbi həmkarları ilə görüşərsə…


Arxiv fotosu
Arxiv fotosu

Rusiya hakimiyyəti alimlərin xarici həmkarları ilə təmaslarına yeni məhdudiyyətlər tətbiq edib.

Yeni qaydalar avqustun 13-də Sankt Peterburqdan olan bir alim tərəfindən Elm və Ali Təhsil Nazirliyinə məktubunda açıqlanıb.

Aleksandr Fradkov tərəfindən imzalanmış məktubda rəsmilərdən qaydaları ləğvi istənilir. Onun sözlərinə görə, qaydalara “əcnəbi həmkarlarımız ilə elmi təmaslarımızı əngəlləyəcək məhdudiyyətlər və absurdluqlar” daxildir, bunlar potensial olaraq “ölkəmizin nüfuzuna, onun elmi və texnoloji inkişafına zərbə vuracaq”.

Beş gün öncədən bildiriş vermək

Riyaziyyatçı və kompüter alimi olan Fradkov hələlik, AzadlıqRadiosu-nun (RFE/RL) əlavə şərh üçün müraciətlərinə cavab verməyib.

Elm və Ali təhsil naziri Mikhail Kotyukov-un imzaladığı qaydalarda deyilir ki, alimlər əcnəbi həmkarlarıyla görüş planlaşdıranda nazirlik rəsmilərinə beş gün öncədən bildiriş göndərməlidirlər. Belə görüşlərdən sonra alimlərin hesabat, görüşdə iştirak edənlərin siyahısını təqdim etməsi tələb olunur.

Başqa bir qaydaya görə, görüş Rusiyanın elmi təşkilatında keçirilirsə, onda azı iki rusiyalı alim iştirak etməlidir; Rusiyanın elmi qurumlarına səfər edən əcnəbilər isə beynəlxalq sazişlər çərçivəsində informasiyanın üzünü çıxara, yaxud onu yaza bilərlər.

“Belə gülünc və mümkünsüz göstərişlər ölkəmizin təhlükəsizliyini artırmayacaq, əksinə, onu inkişaf etmiş ölkələrdən daha da təcrid edəcək”, – yazan Fradkov bu qaydaların hakimiyyəti gözdən saldığını, Rusiyanın elmdə ən qabaqcıllardan birinə çevrilməsini əngəllədiyini vurğulayır.

Onlayn yerləşdirilmiş versiyada qaydaların fevralda verildiyi, elmi təşkilatlara ötən ay paylandığı aydın olur.

Rusiya Prezidenti Vladimir Putin (solda) və Dmitry Peskov, arxiv fotosu
Rusiya Prezidenti Vladimir Putin (solda) və Dmitry Peskov, arxiv fotosu

Sadəcə, təklifdir...

Elm və Ali Təhsil Nazirliyi jurnalistlərin sorğusuna cavabında deyib ki, qaydalar sadəcə təklifdir, qüvvəyə minməyib.

Kremlin sözçüsü Dmitry Peskov da RBK portalına açıqlamasında qaydaları əhəmiyyətsiz göstərməyə çalışıb.

“Əlbəttə, ayıq-sayıq olmaq lazımdır, çünki xarici kəşfiyyat agentlikləri heç vaxt yatmırlar, heç kəs elmi və sənaye casusluğunu dayandırmayıb. Bu, günün 24 saatı, həftənin yeddi günü baş verir və alimlərimizə, özəlliklə gənc alimlərimizə qarşı yönəlib”, – Peskov deyib.

Ancaq əlavə edib ki, “bu, özümüzü hansısa, yaxşı bir şeyə aparmayacaq qaydalarla buxovlamalı olduğumuz anlamına gəlmir”.

“Govorot Moskva” radiostansiyasına danışan alim Igor Chashei yeni qaydaları Rusiya akademiklərini hədəfə alan təhqiqatlarla əlaqələndirib. Raket tədqiqatçısı Viktor Kudryavtsev vətənə xəyanət ittihamıyla saxlanıb, məxfi elmi sirləri Belçikanın tədqiqat qruöuna ötürməkdə suçlanır.

“Bu, hər şeyi çətinləşdirəcək. Daha çox əngəllər olacaq. Bundan heç nə çıxmayacaq. Sadəcə, bürokratik oyunlardır”, – Chashei vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG