Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:34

Honq Konqda böhran dərinləşsə, Çin ‘oturub baxmayacaq’


Honq Konq aeroportu, 13 avqust, 2019-cu il

Honq Konqdakı böhran “nəzarətdən çıxarsa”, Pekin hökuməti “buna sakitcə oturub izləməyəcək”. Belə bir xəbərdarlıqla Çinin Britaniyadakı səfəri çıxış edib.

Çin “iğtişaşı dərhal yatırmağa” hazırdır, səfir Liu Xiaoming avqustun 15-də Londonda keçirdiyi mətbuat konfransında deyib. İki aydan çoxdur Çinə məxsus Honq Konqda antihökumət etirazları gedir.

Xiaoming adını çəkmədiyi “xarici qüvvələri” zorakı etirazları qızışdırmaqda, Qərb mediasını isə böhranı balanssız işıqlandırmaqda suçlayıb.

***

Trump Honq Konqa görə Çinə çağırış etdi

Çinlə ABŞ arasında ticarət sazişi imzalanmalıdırsa, Çin Honq Konqla “insanpərvər” davranmalıdır. Bunu ABŞ Prezidenti Donald Trump deyir. O, avqustun 14-də yazdığı tvitdə çinli həmkarı Xi Jinping-lə “şəxsən görüşməyi” də təklif edib.

“Prezident Xi Honq Konq problemini tez və insanpərvər şəkildə həll etmək istərsə, bunu bacaracağına QƏTİYYƏN şübhəm yoxdur. Şəxsən görüşək?” – Trump yazıb.

Trump-ın tvitində daha sonra deyilir: “Əlbəttə, Çin saziş əldə etmək istəyir. Qoy əvvəlcə Honq Konqda insanpərvər davrasınlar!

Donald Trump (sağda) və Xi Jinping Pekində, 2017-ci il
Donald Trump (sağda) və Xi Jinping Pekində, 2017-ci il

Bundan öncə isə ABŞ Dövlət Departamenti Honq Konqa səyahətlə bağlı xəbərdarlıq edib. Departament bildirib ki, Çinin hərbi qüvvələrinin durumun gərgin olduğu şəhərlə sərhəd yaxınlığındakı hərəkətindən narahatdır.

10 həftədir Honq Konqda etirazlar gedir. Ancaq etirazlar gücləndikcə Çini narazılığı artır, etirazçılarla polis arasında toqquşma baş verir. Honq Konq aeroportu iki gün işləməyib.

Pekin etiraz hərəkatını “terrorçuluğa yaxın” adlandırır, Honq Konq sərhədlərinə hərbçiləri, zirehli maşınlar yığır.

Avqustun 14-də dövlətə məxsus “Xalq” qəzeti asayişin bərpası üçün “qanunun qılıncından istifadəyə” çağırıb.

Pekinə sadiq hökumət azadlıqları məhdudlaşdırdıqca Honq Konqda narazılıq güclənib. Son etirazlar isə ilkin olaraq şübhəliləri Çinə ekstradisiyasını nəzərdə tutan qanunvericiliyə qarşı başlayıb, sonradan tələblərin miqyası dəyişib.

1997-ci ildə Britaniya koloniyası statusundan çıxan Honq Konq Çin ərazisidir, ancaq muxtar idarəçiliyə sahibdir.

Avqustun 16-na və həftəsonuna ərazidə yeni etirazlar planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG