Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 06:13

Nazir müavini 1,1 milyon dollarlıq rüşvət sxemində şübhəli bilinir


Arxiv fotosu

Avqustun 14-də Ukraynada nazir müavini və köməkçisi saxlanıb. Onların 480 min dollar rüşvət aldığı iddia olunur. Məlumatı Facebook-da Milli Antikorrupsiya Bürosu (NABU) yayıb.

Şübhəlinin yalnız vəzifəsi qeyd olunur – müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə nazir müavini. Bu vəzifəni 2017-ci ilin martından Yuriy Hrymchak tutub.

Dövlət Təhlükəsizlik Xidməti (SBU) Hrymchak və köməkçisinin pul alan yerdə saxlandığını bildirir.

SBU-nun məlumatına görə, bu pul 1,1 milyon dollarlıq rüşvət mexanizminin bir hissəsi olub. Şübhəlilərin pulu bir sahibkardan “dövlət funksiyaları icra etmək səlahiyyəti verilmiş şəxslərin qərar verməsini asanlaşdırmaq” üçün tələb etdiyi iddia olunur.

Bundan başqa ayrıntı göstərilmir.

Nazir müavini və adı çəkilməyən köməkçisi “irimiqyaslı, yaxud mütəşəkkil dələduzluq”da ittiham olunur, təqsirləri sübuta yetirilsə, əmlakları müsadirə olunmaqla 20 ilədək həbsə məhkum edilə bilərlər.

Hrymchak-ın həyat yoldaşı Facebook-da yazıb ki, onların evində axtarış aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG