Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:51

Rusiyada köhnə avtomobilləri yasaqlamaq təklif olunur


Arxiv fotosu
Arxiv fotosu

Rusiya Dövlət Dumasının iqtisadi siyasət və sənaye komitəsi ölkədə “istismar müddəti keçmiş” avtomobillərin qadağan olunmasını təklif edib. Bu haqda “Kommersant” qəzeti yazıb.

Təşəbbüs komitə sədrinin müavini Alfia Kogogina-dan gəlib. O, Tatarıstanı təmsil edir, “KAMAZ”ın lizinqi və satışının inkişafı üzrə keçmiş direktoru, “KAMAZ” prezidenti Sergei Kogogin-in həyat yoldaşıdır.

Komitə artıq öz tövsiyələrini Nəqliyyat Nazirliyinə və Sənaye və Ticarət Nazirliyinə göndərib. TASS agentliyi Nəqliyyat Nazirliyinin bu təklifi “öyrəndiyini”, digər qurumun isə əleyhinə çıxdığını bildirir.

Alfia Kogogina
Alfia Kogogina

Avtomobil istehsalçıları “hə” deyir

Təşəbbüsü Rusiyanın böyük avtomobil istehsalçıları olan “KAMAZ”, “Sollers” və GAZ artıq dəstəkləyib.

“Avtoparkın yenilənmə tempinin aşağı olması, köhnə texniki baxış standartlarının çəkisinin yüksəkliyi Rusiya avtomobil bazarının əsas problemlərindəndir”, – Sollers-də bildiriblər.

“Yollardakı ölüm hallarına görə bu addımın tətbiqinin vaxtı çoxdan çatmışdı”, – GAZ-da bu fikirlə razılaşıblar. “Köhnə texnikanın detal və aqreqatlarının sıradan çıxmaq riski əhəmiyyətli dərəcədə yüksəkdir, marka və istehsal ölkəsindən asılı olmayaraq belədir. Heç bir texniki baxış isə material və komponentlərin, avtobusun qəfil dayanmasına səbəb olacaq dağılmasını müəyyənləşdirə bilməz”, – şirkətdə bildiriblər.

Konkret neçənci ilə məxsus avtomobillərin qadağan olunması istənilir – Dövlət Dumasının təkliflərində bu haqda bir söz deyilmir. Ancaq sənəddən belə çıxır ki, bu qadağa Rusiyada ekoloji durumu yaxşılaşdırmalı, yollarda təhlükəsizliyi artırmalıdır.

Sənaye və Ticarət Nazirliyi hələ 2013-cü ildə təklif edirdi ki, kommersiya nəqliyyatı üçün maksimum hədd 7-15 il müəyyənləşdirilsin. O zaman qurum “Yol nəqliyyatının təhlükəsizliyi” qanununa dəyişikliklər də hazırlamışdı: 12-25 ildən yuxarı yük maşınlarının tədricən istismardan çıxarılması təklif olunurdu.

Ancaq nazirlikdə indi hesab edirlər ki, köhnə texnikanın dövriyyədən çıxarılması qadağalarla tənzimlənməməlidir, ekoloji tədbirlərlə dəstəklənməlidir: məsələn, dövlət yeni, ekoloji təmiz avtomobil alanlara subsidiya ayıra bilər.

Rəsmi məlumata görə, Rusiyada 60,5 milyon nəqliyyat vasitəsinin üçdə birindən çoxunun (20,9 milyon) istismar müddəti 15 ildən artıqdır, 10 milyonu isə 10 ildən çoxdur.

Hazırda Rusiya qanunvericiliyində köhnə avtomobillərin istismarına hər hansı məhdudiyyət yoxdur.

Yalnız uşaqlar üçün nəzərdə tutulmuş avtobuslara məhdudiyyət qoyulub: 2020-ci ildən istismar müddəti 10 ildən artıq avtobuslar xəttə buraxıla bilməz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG