Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Trump Çin mallarına rüsumu yubadır


Los Ancelesdə ayaqqabı mağazası
Los Ancelesdə ayaqqabı mağazası

ABŞ Prezidenti Donald Trump dünən – avqustun 13-də Çindən idxal olunan malların qalanına sentyabrın 1-dən 10 faizlik rüsum qoymağı təxirə salıb. Əsasən, mobil telefonlara, laptoplara, digər istehlak mallarına rüsumlar təxirə salınıb. Məqsəd ABŞ-da bayram endirimlərinə təsiri azalmaqdır.

Bu qərar 300 milyardlıq məhsulun təxminən yarısına təsir göstərəcək və birjalarda qiymətlər dərhal yüksəlib. Pərakəndə satıcılar, texnologiya qrupları ehtiyatla olsa da nəfəsini dərib. Bu arada ABŞ və Çin arasında ticarət danışıqlarının yenilənəcəyi xəbərləri yayılıb.

10 faizlik rüsumun dekabrın 15-dən qüvvəyə minəcəyi, geyim və ayaqqabılar daxil minlərlə məhsulu əhatələyəcəyi bildirilir.

“Bunu Milad mövsümünə görə edirik, bəzi rüsumlar ABŞ istehlakçılarına təsir göstərə bilər”, – Trump Nyu Cersidə jurnalistlərə deyib.

Donald Trump
Donald Trump

Bu qərarın açıqlanmasından bir neçə dəqiqə öncə isə Çinin Ticarət Nazirliyi bildirib ki, Baş nazirin müavini Liu He ABŞ-ın ticarət rəsmiləri ilə telefon söhbəti edib.

Nazirliyin məlumatına görə, Liu ABŞ-ın Ticarət naziri Robert Lighthizer və Maliyyə naziri Steven Mnuchin ilə növbəti iki həftə ərzində yenidən telefonla danışmağa razılaşıb.

Trump isə tərəflərin sentyabrın əvvəlində, planlaşdırıldığı kimi, bir araya gələcəyini istisna etməyib.

Hansı məhsullara rüsum tətbiq olunacaq

Ancaq administrasiya sentyabrın 1-dən minlərlə Çin məhsuluna – ərzaq, geyim, elektronika avadanlığına 10 faizlik rüsum qoymağı planlaşdırır.

Bu siyahıya Çin istehsalı olan Apple və Fitbit (FIT.N) smart-qol saatları, Amazon.com Inc AMZN. Və Apple şirkətlərindən smart spikerlər, Bluetooth qulaqcıqları, digər cihazlar daxildir. İstehlakçı Texnologiyası Assosiasiyası ötən il bu kateqoriyadan olan məhsulların dəyərini 17,9 milyard dollar olduğunu hesablamışdı.

Çin istehsalı olan düz ekranlı televizorlara da sentyabrın 1-dən 10 faizlik rüsum qoyulacaq. 4,5 milyard dollarlıq bu kateqoriya bir il öncə, tariflərin birinci raundundan kənarda qalmışdı.

Diri heyvanlar, süd məhsulları, xizəklər, qolf topları, kontakt linzaları, litium ion batareyaları, qartəmizləyənlər də sentyabrın 1-dən əlavə rüsuma məruz qalacaq.

Bir ticarət qrupu təmsilçisinin sözlərinə görə, onlara bildirilib ki, Çinin ABŞ idxalının 75 faizdən artığını təchiz etdiyi məhsullara tariflər təxirə salınır.

Rəsmi bilgilərə görə, Çin ötən il ABŞ-a mobil telefonların 82, laptopların 94,5 faizini təchiz edib.

“Reuters”in hesablamasına görə, 300 milyardlıq məhsulun təxminən yarısına rüsum tətbiqi təxirə salınır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG