Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 17:48

İranın Ali dini lideri husilərə dəstək vəd edir


Ali Khamenei (sağda) Yəmən təmsilçisi Mohammad Abdul Salam ilə Tehranda görüşür

İranın Ali dini lideri Ayətulla Ali Khamenei Yəməndəki şiəməzhəb husi yaraqlılara dəstəyin davam etdiriləcəyini deyir. Husilər Səudiyyənin lideri olduğu koalisiyaya qarşı vuruşurlar, koalisiya isə dörd ildir Yəmənin devrilmiş hökumətini bərpa etməyə çalışır.

Dövlət televiziyasında çıxış edən Khamenei yəmənlilər arasında dialoqa da çağırıb. Onminlərlə adamın ölümünə səbəb olmuş müharibə ölkəni aclıq həddinə çatdırıb.

Khamenei Səudiyyə Ərəbistanını “Yəməni parçalamağa” çalışmaqda suçlayıb, deyib ki, “suveren bütövlüyü olan vahid Yəmən gücləndirilməlidir”.

İranın dəstəklədiyi husilər Yəmənin paytaxtı Sanaaya və ölkənin əhalisinin çox sıx olan bölgəsinə nəzarət edir.

Səudiyyə və koalisiya tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2015-ci ildən husilərlə savaşır, Prezident Abed Rabbo Mansour Hadi hökumətini dəstəkləyir.

BƏƏ iyunda quru qüvvələrinin böyük hissəsini geri çəkib.

Bu münaqişə sünni müsəlman Səudiyyə Ərəbistanı ilə şiə İranı arasında proksi müharibə sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG